Microsoft 365 Copilot ilə Excel-də real biznes ssenarilərinin tətbiqi
Details
Bu sessiyada Microsoft 365 Copilot Chat Agentlərindən istifadə edərək hesabatların qısa xülasəsinin hazırlanması, satış trendlərinin və azalma səbəblərinin təhlili, eləcə də Excel formulalarının avtomatik yaradılması üzrə praktiki yanaşmaları öyrənəcəksiniz.
Gündəlik iş proseslərində formula xətalarının aşkarlanması və düzəldilməsi, məlumatların təmizlənməsi, müştəri və satış göstəricilərinin analizi, satış proqnozlarının hazırlanması və tövsiyələrin verilməsi kimi tapşırıqların Copilot vasitəsilə necə sürətləndirildiyi real nümunələrlə nümayiş etdiriləcək.
Sessiyada həmçinin PivotTable-ların Copilot ilə yaradılması, Excel və Copilot Chat-in birgə istifadəsi, effektiv promptların hazırlanması, Copilot-un imkanları, məhdudiyyətləri və ən yaxşı istifadə təcrübələri barədə praktiki biliklər əldə edəcəksiniz.
